Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının şəhərlərinə edilən raket hücumlarını qınayır.

Bunu YALAN.info Online Xəbərlər və İnformasiya Saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Hikmət Hacıyev Yəmən ərazisindən Səudiyyə Ərəbistanına raketlərin atılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini dəfələrlə dilə gətirib:

“Bu qəbildən olan hallar regionda onsuz da gərgin olan durumun daha da gərginləşməsinə gətirib çıxara bilər. Biz regionda davamlı barışın və sabitliyin təmin olunması üçün siyasi-diplomatik çalışmaları daha da artırmağa çağırırıq”.

Yada salaq ki, martın 25-də Səudiyyə Ərəbistanı Yəmən tərəfindən bu ölkəyə yeddi ballistik raketin atılmasıyla bağlı məlumat yayılıb.

Raketlərin hamısı raket əleyhinə müdafiə sistemləri tərəfindən vurulub. Raketlərdən üçü paytaxt Ər-Riyad tərəfə istiqamətlənib, raketlərin bəzi qalıqları yaşayış evlərinə düşüb. Nəticədə Misir vətəndaşı ölüb, iki nəfər yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın