Azərbaycan Respublikası və paytaxt Bakı şəhəri üzrə koronavirusa (COVID-19) yoluxma ilə bağlı statistika açıqlanıb. Bununla bağlı statistik qrafik KoronaVirus.info saytında yerləşdirilib.

Belə ki, ölkə üzrə toplam yoluxmanın 55,9 faizi paytaxt Bakının payına düşür. Abşeronda14,9 faiz, Aran zonasında 10,4 faiz, Gəncə-Qazaxda 6,5 faiz yoluxma qeydə alınıb. 

Eyni zamanda, Lənkəranda 4,1 faiz, Quba-Xaçmazda 2,4 faiz, Şəki-Zaqatalada 2,3 faiz, Dağlıq Şirvanda 1,5 faiz, Yuxarı Qarabağda 1 faiz təşkil edib. Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb. Burada koronavirusa yoluxma 0,09 faiz olub.

Bakıda COVID-19-un ən çox yayıldığı rayonlar açıqlandı

COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu 14,5 faizlə ilk yerdədir. Koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,5 faizi Xətai, 11,7 faiz Yasamal, 11,7 faiz isə Sabunçu rayonunun payına düşür. 

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,7 faizi Nəsimi rayonunda, 8,1 faizi Nərimanov rayonunda, 8,0 faizi Suraxanı rayonunda, 7,2 faizi Qaradağ rayonunda, 7,1 faizi Nizami rayonunda, 5,5 faizi Xəzər rayonunda, 4,7 faizi Səbail rayonunda yaşayanlardır. 

Həmişə olduğu kimi bu dəfə də Bakı rayonları üzrə ən az yoluxma Pirallahıda qeydə alınıb. Rayon üzrə yoluxma faizi cəmi 0,3 faiz olub.

Dünyada koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 30 milyonu keçdi

Dünyada 40 281 080 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 1 118 326 xəstə ölüb, 30 116 228 nəfər sağalıb.

Asiyada 12 517 731, Şimali Amerikada 10 060 560, Cənubi Amerikada isə 9 001 102 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (8 387 799 nəfər), Hindistan (7 550 273 nəfər), Braziliya (5 235 344 nəfər), Rusiya (1 399 334 nəfər) və Argentinadır (989 680 nəfər).

İranda 530 380, Türkiyədə 347 493, Ermənistanda 64 694, Gürcüstanda isə 17 477 nəfərdə koronavirus tapılıb.

Azərbaycanda koronavirusa yoluxan 44 964 nəfərin 626-sı ölüb, 40 037-si sağalıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın