Para-atletimiz Həmid Heydəri “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan üçün 7-ci qızıl medalı qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, nizə atma yarışlarında mübarizə aparan idmançımız 11 rəqibini qabaqlayaraq 51,42 metr nəticəylə Paralimpiya çempionu olub. Para-atletimiz, həmçinin dünya rekorduna da imza atıb. Əvvəllər dünya rekordu braziliyalı idmançı Sisero Valdiran Lins Npbreyə məxsus idi.

Bununla da bu gün mübarizəyə qatılan dörd idmançımızın hamısı birinci olub. Yada salaq ki, daha öncə üç cüdoçumuz bu gün qızıl medal qazanmışdı.

Bunadək Azərbaycanın hesabında 8 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 30 qızıl, 21 gümüş və 26 bürünc medal qazanıblar. İkinci pillədə 16 qızıl, 12 gümüş və 15 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 13 qızıl, 7 gümüş və 20 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.

ABŞ 11 qızıl, 7 gümüş, 4 bürünc medalla dördüncü, Ukrayna 8 qızıl, 17 gümüş, 9 bürünc mükafatla beşinci, Avstraliya isə 7 qızıl, 9 gümüş və 11 bürünc medalla altıncıdır.

Həmid Heydərinin qızıl medalıyla isə komandamız medal sıralamasında Braziliya və Niderlandı keçərək iki pillə yüksəlib. indi Azərbaycan yeddi qızıl və iki bürünc medalla yeddinci sırada qərarlaşıb. Braziliya (6-5-12), Niderland (6-5-5) və İtaliya (5-7-6) isə uyğun olaraq 8,9 və 10-cu yerdə qərarlaşıblar.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Para Athletics Highlights | Day 4 | Tokyo 2020 Paralympic Games

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın