Azərbaycan Ordusunun Quru Qoşunlarının döyüş hazırlığı planına uyğun olaraq, Əməliyyat (Komando) hərbi bölməsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına uyğun olaraq şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsindən çıxaraq əməliyyat rayonu istiqamətində hərəkət ediblər.

Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən olunaraq mühasirəyə alınması və zərərsizləşdirilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər.

Keçirilən təlimdə başlıca diqqət şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsinə, atıcı silahlardan istifadəetmə bacarıqlarının artırılmasına, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş bacarığının daha da yüksəldilməsinə yönəldilib.

Komando hərbi hissəsində taktiki-xüsusi təlim keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın