Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə bölmələrində kompleks məşq keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin 1 nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.

Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə Ordu aviasiyası da cəlb edilib.

Plana uyğun olaraq zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.

Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması və hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa çalışan şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə bacarığı və uzlaşma səviyyəsi təhlil olunaraq dəyərləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın