Azərbaycanın humanizm prinsiplərinə uyğun olaraq Ermənistana qaytardığı üç erməni döyüşçü – Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə İrəvanın “Erebuni” hava limanına eniş edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı “Sputnik Ermənistana”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, artıq hər üç şəxs Yerevan şəhərinə aparılıblar və tibbi müayinədən keçirilirlər. Eyni zamanda, erməni döyüşçülər yaxınları ilə telefonla da danışıblar.

Xatırladaq ki, istintaq zamanı Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanın Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi, ya da yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov özəl hərbi təyyarə ilə Bakıya gəlib və erməni döyüşçüləri götürərək İrəvana yola düşüb.

Ermənistan humanizm prinsiplərinə uyğun davranmır

Ancaq Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir. Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.

Ermənistan Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş sayılan 4000-dən artıq Azərbaycan vətəndaşı ilə bağlı məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın