Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib.

Güləşçi həlledici görüşdə rumıniyalı Emilia Vucu məğlub edib. O, rəqibini 10-0 hesabı ilə üstələyib.

50 kq Çəkidə Qadınlar Arası Avropa Çempionatı

FİNAL – Emilia Vuc (ROU) – Mariya Stadnik 0:10 (32 san.)
1/2 final – Mariya Stadnik – Kseniya Stankeviç (BLR) 10:0
1/4 final – Mariya Stadnik – Milana Dadaşeva (RUS) 10:0
1/8 final – Mariya Stadnik – J.Şellin (GER) 10:0

https://www.youtube.com/watch?v=EIRr2dSI6sQ

Mariya Stadnik 32 saniyəyə Avropa çempionu oldu

Stadnik bu nəticədən sonra 8-ci dəfə Avropa çempionu olub.

Mariya Stadnik: Səkkiz sonsuzluğun simvoludur

Qeyd edək ki, bu gün həmçinin Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) bürünc medal görüşünə çıxacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın