Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində çıxış edən Azərbaycan cüdoçuları bir dəst medal qazanıb: Hidayət Heydərov (73 kq) – qızıl, Səid Mollayi (81 kq) – gümüş və Rüstəm Orucov (73 kq) – bürünc medal əldə edib.

YALAN.info bildirir ki, Azərbaycan cüdoçuları bir gündə 3 medal qazansalar da, yarışın sonuncu günündə mübarizəyə qoşulan üç idmançımızdan heç biri medal qazana bilməyib.

Belə ki, dünən 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançımız Hidayət Heydərov finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib. 31 yaşlı Səid Mollayi həlledici qarşılaşmada braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. Qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq alan Mollayi qarşılaşmadan məğlub ayrılıb. 73 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı Rüstəm Orucov isə 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenib.

Hidayət Heydərov finalda Laşa Şavdatuaşviliyə qarşı

Bu gün 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Camal Petgreyvə (Böyük Britaniya) qalib gəlsə də, növbəti raundda Gergely Nerpelə (Macarıstan) uduzub. 100 kq-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçi (Xorvatiya) məğlub etsə də, Nikoloz Şerazadişviliyə (İspaniya) yenilib. Sonunda, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Marius Fizeldən (Slovakiya) güclü olsa da, Teddi Rinerin (Fransa) müqavimətini qıra bilməyib. Kokauri təsəlliverici görüşdə Martti Puumalainenə (Finlandiya) də uduzub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın