Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

YALAN.info bildirir ki, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onu da bildirək ki, ötən gün Azərbaycan komandası çoxnövçülükdə ikinci yeri tutub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın