Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi Radik İsayev ilə növbəti medalını qazanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərini üstələyərək, qızıl medala sahib olub. Kazandakı Avropa çempionatında daha öncə Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

https://www.youtube.com/watch?v=Mh_KuVqmjsk

Radik Isaev vs Roman Kuznetsov Gold medal Male 87 Kg Taekwondo WTE European Championships Kazan 2018

Bununla da 28 yaşlı idmançımız karyerasında ikinci dəfə Avropa çempionu olub.

Yada salaq ki, İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş Avropa çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Öncəki xəbərTanınmış Karateçi Rafael Ağayev 11-ci dəfə Avropa Çempionu Oldu
Sonrakı xəbərEurovision 2018 Mahnı Yarışmasının qalibi İsrail təmsilçisi Netta Barzilay oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın