Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa Çempionatında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.

YALAN.info bildirir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda B qrupundakı üçüncü görüşündə Albaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Oyunda yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub. Bundan beş dəqiqə öncə isə rəqibin futbolçusu Olsyan Lama ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu nəticədən sonra milli qrupda xallarının sayını altıya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.

Mirmehdi Rzayev

Onu da bildirək ki, millimizin pley-offdakı rəqibinin adına III turun oyunları başa çatdıqdan sonra aydınlıq gələcək.

KİMAvropa Minifutbol Federasiyası
MƏNBƏAvropa Minifutbol Federasiyasının Facebook səhifəsi
Öncəki xəbərRaket və Artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib
Sonrakı xəbərMedvedev: Rusiyanın düşmənlərinə nifrət edirəm və yox olmaları üçün hər şeyi edəcəyəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın