Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən 2021-ci il Dünya Çempionatında final görüşünə çıxıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 86 kq çəki dərəcəsində çıxış edən boksçumuzun həlledici qarşılaşmada rəqibi braziliyalı Keno Maçado olub.

2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raudunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib. İkinci raundda Azərbaycan təmsilçisini 5 hakimdən 3-ü üstün sayıb.

Üçüncü raundda Maçado nisbətən fəallaşıb. Bunun nəticəsində o, sonda fərqi minimuma endirə bilib. Beləliklə, Dominges 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub. Daha öncə o, Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha öncə Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib.

Öncəki xəbərKasım-Jomart Tokayev İlham Əliyevə təbrik məktubu göndərdi
Sonrakı xəbərQurban Qurbanov: Bir xalq kimi başı dik və daha da güclü olduq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın