Azərbaycanlı yunan-Roma güləşçi Eldəniz Əzizli bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Çempionatında final görüşünə çıxıb.

YALAN.info bildirir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Dünya Çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə sona çatıb – 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa Çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də Dünya Çempionu olub.

Azərbaycanın yunan-Roma güləşçiləri günü 4 medalla başa vurub. Yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Eldaniz Azizli (AZE) vs Nugzari Tsurtsumia (GEO) – Final // European Championships 2022
Öncəki xəbərUkrayna Ordusu Kiyev vilayətini Rusiya hərbçilərindən azad edib
Sonrakı xəbərİxtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmətə başladılar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın