İllər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdırdüzündə torpağı öpüb, üstünə uzanaraq duyğulu anlar yaşayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, həmin anları Xəzər TV-də yayımlanan “Birinci Studiya” proqramı lentə alıb.

Verilişin aparıcısı Lalə Azərtaş qeyd edib ki, sənətkar sağlamlığında problemlərin olmasına baxmayaraq, Şuşaya gedib.

“Mən arzu edirəm ki, bütün insanlarımızın, elimizin, obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun ki, bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, – sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu yada salan R.Balayev deyib.

“Arzu edirəm ki, hər kəsin arzuları yerinə yetsin. Mən inana bilmirəm. Mən tam əlimi üzmüşdüm ki, bir daha Şuşanı görə bilməyəcəyəm. Çox şükür.. ”

Xatırladaq ki, daha öncə R.Balayev və ailə üzvlərinin 35 il sonra İsa bulağında çəkdirdiyi foto sosial şəbəkələrdə böyük marağa səbəb olmuşdu.

Rasim Balayev Cıdır Düzündə Torpağı Qucaqladı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın