Azərbaycanın 4 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa Çempionatında qızıl medal qazanıb.

YALAN.info bildirir ki, Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (44 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa Çempionu olublar. Həsən Həsənov (44 kq) ikinci, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləş üzrə milli 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığma bütün komandalardan üstün olub.

Onu da bildirək ki, medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa Çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir.

Öncəki xəbərİlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenlə görüşdü
Sonrakı xəbərAzərbaycanın dövlət qurumları koronavirusla bağlı birgə məlumat yaydı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın