Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Çempionatında qızıl medal qazanıb.
YALAN.info bildirir ki? 97 kq-da çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayev üzərində qələbə qazanıb.
İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa Çempionu olub. “Mən əvvəllər Baytsayevlə güləşmişəm. Mən onun necə güləşdiyini bilirdim və şükürlər olsun ki, ilk qızıl medalımı qazana bildim”, – Maqomedov bildirib.
Onu da bildirək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın başqa 3 sərbəst güləşçisi – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər.