Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar etmişdir.
YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, uyğun ekspertizalar təyin olunub və başqa zəruri hərəkətlər yerinə yetirilib.
Bildirilib ki, indi Şəmkir Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.