Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər (hibrid avtomobilləri) vergidən azad edilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.

Bundan başqa, layihədə istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Öncəki xəbərDövlət Komitəsi Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın şəhərlərinin baş planlarını hazırlayır
Sonrakı xəbərFransanın Azərbaycandakı ilk səfiri: Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın