“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi məlumat yayıb.

XİN bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsini və Co Baydenin qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsinə çalışmasını qəbuledilməz adlandırıb.

Nazirliyin məlumatına görə, ABŞ Prezidentinin bu bəyanatı, həmçinin indi Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir:

“1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

MƏNBƏAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Öncəki xəbərÇavuşoğlu Baydeni “erməni soyqırımı” mövqeyinə görə ikiüzlü adlandırdı
Sonrakı xəbərİlkin nəticələrinə görə Makron növbəti dəfə Fransa Prezidenti seçilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın