Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel bölgədəki durumu və dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitinə hazırlığı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Avropa Birliyi (AB) Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, AB Şurasının Prezidenti Şarl Mişel Sammit çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib.

“Liderlər AB-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar”, deyə AB-nin məlumatında qeyd olunub.

Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılaşıblar.

MƏNBƏAvropa Birliyi Şurası
Öncəki xəbərMixail Saakaşvili Qoridəki hərbi hospitala köçürülüb
Sonrakı xəbərErmənistanın ABŞ və Fransa taktikası: Rusiya Paşinyanın oyununu başa düşür
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın