Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun xüsusi təyinatlı hərbi hissə və bölmələrinin taktiki-xüsusi təlimi keçirilir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, təlimdə çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.

Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərRasim Balayev: Azərbaycanda kinonun durumu sıfırdır, ancaq iki kino birliyi var
Sonrakı xəbərZelenski Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında qanunu imzalayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın