Azərbaycan Ordusunda snayperlərin peşəkarlıqlarının artırılması məqsədi ilə mütəxəssis toplantısı keçirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Toplantının planına uyğun olaraq atəş mövqeyi seçərək maskalanmış snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast atəşlə hədəfin məhv edilməsi və başqa fəaliyyətləri məşq edirlər.

Döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanır. Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilir.

Əlahiddə Ümumqoşun Orduda snayperlərin toplantısı keçirilir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərCanlı yayımda AzTV-nin baş redaktoru Tofiq Abbasov Pənah Hüseynlə dalaşdı
Sonrakı xəbərZirehli texnikaların heyətləri ilə praktiki çalışmalar yerinə yetirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın