Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Səhra şəraitində keçirilən məşğələlərdə hərbi qulluqçular müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

Mühəndis bölmələri ilə praktiki məşğələlər keçirilir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərİngiltərənin qadın futbolçuları Avropa Çempionu oldu
Sonrakı xəbərKonqo-Uqanda sərhədindəki atışmada ölən və yaralananlar var
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın