Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. İndi bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın