2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Komando hərbi hissəsinin şəxsi heyəti “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsindən çıxaraq toplaşma rayonuna hərəkət edib.

Təlimin senarisinə uyğun olaraq verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar yerinə yetirib.

Təlimin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və Əməliyyat (Komando) bölmələrinin döyüş bacarığının daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Verilən məlumata görə, təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.

Komando hərbi hissəsində taktiki təlim keçirilib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərLeyla Abdullayeva XİN başçılarının Stokholm görüşünün pozulması səbəbini açıqladı
Sonrakı xəbərAzərbaycan əsir götürdüyü 10 hərbi qulluqçunu Ermənistana təhvil verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın