2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən Raket və Artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də başqa qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərDövlət Baxçalı: Ərdoğan 2023-cü ilin prezident seçkilərində namizəd olacaq
Sonrakı xəbərARMN-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi anılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın