Bu gün Azərbaycan Kubokunda Qurban Qurbanovun “Qarabağ” FK ilə Rəşad Sadıxovun çalışdırdığı “Zirə” Futbol Klubu arasında final oyunu baş tutacaq. 

Oxu.Az xəbər verir ki, bununla da Azərbaycan futbolunun 2021/2022 mövsümü başa çatacaq. 

“Qarabağ”la “Zirə”nin üz-üzə gəldiyi final oyunu Azərbaycan Kubokda sayca 30-cu olacaq. Qəbələdə keçiriləcək qarşılaşmada Premyer Liqanın çempionu olmuş ağdamlılar “Qızıl dubl”unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir. Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır. İndiyədək 6 dəfə bu mükafata sahib çıxan Ağdam klubu “Neftçi” ilə şərikli rekordçudur.

Titulu “Qarabağ” qazansa, Qurban Qurbanov yeni rekorda imza atacaq. O, baş məşqçi kimi bu Azərbaycan Kubokuna ən çox sahib çıxan ilk mütəxəssis olacaq. İndi Qurbanov eyni sayda – 4 dəfə qalib adını qazanan Mehman Allahverdiyevlə şərikdir.

Çempionatı bürünc medalla başa vurmuş “Zirə” isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün “Qarabağ” sindromunu qıraraq ilk dəfə qalib gəlməli, ya da penaltilər seriyasında qələbəyə sevinməlidir. “Zirə” bu kuboku qazanacağı halda Sadıqovun məşqçilik karyerasına ilk titul kimi düşəcək. 

Azərbaycan Kuboku, 2021/22 mövsümü

Final: “Qarabağ” FK – “Zirə” FK

27 may 19:00

Baş hakim: Elçin Məsiyev 

Qəbələ şəhər stadionu

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın