BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında həlledici döyüşlər davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan karate yığması ilk qızıl medalını qazanıb.

Bu uğura İrina Zaretska imza atıb. Milliləşən ukraynalı 68 kq çəki dərəcəsində çempion olub.

O, yığmamız üçün yeganə finalda Silviya Semeraro ilə qarşılaşıb. İtaliyalı rəqibi üzərində qələbə qazanan İrina karyerasında ikinci dəfə dünya çempionu adına yiyələnib.

Qeyd edək ki, bu, millinin Dubayda ikinci medaldır. Asiman Qurbanlı +84 kq çəki dərəcəsində bürünc mükafat əldə edib. Medal şansını qoruyan kişilərdən ibarət komandamız isə 3-cü yer uğrunda görüşdə Özbəkistanla üz-üzə gələcək.

Öncəki xəbərZaxarova: ABŞ konqresmenlərinin daxili işlərimizə müdaxiləsi görünməmiş hekayə deyil
Sonrakı xəbərQırğızıstan səfiri Kayrat Osmanəliyev: Bakı ilə münasibəti nazirimiz pozmuşdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın