Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli döyüşçünü Ermənistan tərəfinə təhvil verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır.

Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları – 01.11.1995-ci il doğumlu Abramyan Sarkis Arturi, 18.06.1991-ci il doğumlu Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il doğumlu Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il doğumlu Xaçataryan Suren Levai və 04.10.1997-ci il doğumlu Avetyan Aram Artemidir.

Bildirilib ki, 2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməniəsilli hərbi qulluqçunu qaytarıb.

Bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il doğumlu Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə girmişdir. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi də Ermənistana qaytarmışdır. Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılmışdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın