Avstraliya hökuməti Rusiya Federasiyası Dövlət Dumasının 75 deputatını, həmçinin qondarma “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) bir neçə “nazir”ini sanksiyalar siyahısına salıb.

YALAN.info bildirir ki, bununla bağlı Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyinin saytında qeyd edilib.

Siyahıda “DXR”dən 20-dən çox, “LXR”dən 15 “nazir” yer alıb. Siyahıda olanlar arasında rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyov, Dövlət Dumasının vitse-spikeri Aleksandr Jukov, deputatlar İrina Yarovaya, Yelena Yampolskaya, Vladislav Tretyak, Dmitri Pevtsov, Anna Kuznetsova və başqaları var. 

İndi Avstraliya Rusiya və Belarusun toplam 800-dən çox vətəndaşına, o cümlədən hər iki ölkənin prezidentlərinə və nazirlərinə qarşı və RF-in 47 ən böyük müəssisə və təşkilatına sanksiya tətbiq edib. 

MƏNBƏTASS
Öncəki xəbərABŞ Prezidenti Co Bayden Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırdı
Sonrakı xəbərAqil Abbas: Legioner limiti ləğv olunsa, milli komandada nənəm oynayacaq?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın