Avropada qazın qiyməti qalxmağa başlayıb.
Korrespondent.net xəbər verir ki, may ayında min kubmetr qazın orta qiyməti 55 dollar idisə, indi 137 dollardır. İndiki qiymət 2020-ci ilin başlanğıcından bu yana ən yüksək göstəricidir.
Soyuq hava səbəbindən qiymətin qısa zamanda 10 dollar artdığı vurğulanıb.
Asiyada da qazın bahalaşdığı bildirilir. Orada qiymətlər 180 dollara çatıb.