Avropa Komissiyası Ukraynaya və ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün bir milyard avro ayıracaq.

YALAN.info bildirir ki, bununla bağlı Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayen məlumat verib.

O bildirib ki, vəsaitin 600 milyonu Ukraynaya, 400 milyonu isə qaçqınlara yardım edən sərhədyanı dövlətlərə ayrılacaq.

Yada salaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayen və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Kiyev vilayətinin Buça şəhərində olublar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın