Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların müddətini 2023-cü ilin əvvəlinə qədər uzatmağı təklif edir.

YALAN.info “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Twitterdə yazıb.

“Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi səngimək bilmir. Ona görə də biz bu gün AB-nin Kremlə qarşı sanksiyalarını sərtləşdirməyi və 2023-cü ilin yanvarına qədər uzatmağı təklif edirik”, – o vurğulayıb.

Yada salaq ki, bu günlərdə Avropa Birliyi Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin razılaşdırılması üzərində işləyir. Gözlənildiyi kimi, buraya Rusiya qızılının idxalına və ikili təyinatlı malların ixracına qadağa da daxil olacaq.

Öncəki xəbərNATO ölkələrinin yarısı Finlandiya və İsveçin alyansa qoşulmasına razıdır
Sonrakı xəbərŞuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri başa çatıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın