Avropa Birliyi Şurasının sədri Şarl Mişel (Charles Michel) Gürcüstanda hakim və müxalif partiyalar arasında anlaşmanın əldə olunduğunu bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Şarl Mişel öz “Twitter” səhifəsində paylaşım edib.

Ş.Mişelin sözlərinə görə, hər iki tərəf Brüsselin təklif etdiyi daxili siyasi böhranın çözüm planını qəbul edib.

Qeyd edək ki, bazar günü AB tərəfindən təklif olunmuş sazişə uyğun olaraq, hakim “Gürcü arzusu” partiyası payızda yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərdə 43 %-dən az səs toplayarsa, o zaman 2022-ci ildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Anlaşmaya görə, bir sıra müxalifət nümayəndələri, o cümlədən Nika Meliya və Georgi Rurua əfv olunacaq.

Xatırladaq ki, Gürcüstanda ötən ilin noyabr ayından indiyədək siyasi böhran davam edir. Müxalifət hakimiyyəti saxtakarlıqda günahlandıraraq, parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edir.

Öncəki xəbərQarabağ qardaşlıq, dostluq, həmrəylik ünvanına çevriləcək
Sonrakı xəbərKeçmiş həyat yoldaşı yalan danışıb, Conni Deppi şərlədiyi üzə çıxdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın