Avropa Birliyinin (AB) Rusiya Federasiyasına qarşı qəbul etdiyi sanksiya paketində 400-ə yaxın nazir, deputat və hərbçilərin adı var.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sanksiyalar Ukraynadakı hərbi gərginlik, qondarma Donetsk və Luqansk “respublika”larının Rusiya tərəfindən tanınması fonunda tətbiq olunub.

Siyahıya Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın təbliğatçıları – Russia Today-in Baş redaktoru Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov və Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçilərinin adı salınıb.

Avropa Birliyi, həmçinin Dövlət Dumasının 351 deputatını, Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojinin anası və həyat yoldaşını, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanovu da “qara siyahı”ya salıb.

Sanksiyalar sənədin yayımlandığı andan qüvvəyə minib. AB-nin sanksiyalar siyahısına salınması Avropa Birliyi ərazisinə girişin qadağan edilməsi, fiziki şəxslərin və təşkilatların birliyin ərazisindəki aktivlərinin dondurulması deməkdir. Avropa vətəndaşlarının və təşkilatlarının siyahıda olan şəxslərə pul köçürməsi qadağandır.

Avropa Birliyi Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən Rusiya və Ukrayna vətəndaşlarına qarşı fərdi sanksiyaları ilk dəfə 2014-cü ilin martında tətbiq edib və o vaxtdan bəri mütəmadi olaraq altı ay müddətinə uzadıb.

AB-nin Rusiyaya qarşı qara siyahısının indiki genişləndirilməsi AB tarixində ən böyük sanksiya qərarlarından birinə çevrilib. Eyni zamanda Rusiyaya qarşı sanksiya siyahısında olan şəxslərin sayını 2,5 dəfə artırıb. İndi onun tərkibinə 555 nəfər və 52 təşkilat var.

MƏNBƏTASS
Öncəki xəbərSerebrenitsa qurbanı Ermənistanı Xocalı Soyqırımını etiraf etməyə çağırdı
Sonrakı xəbərRusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum əmri verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın