Avropa Birliyi (AB) ölkələrinin liderləri keçirdikləri sammitdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildrir ki, bununla bağlı “Report” xarici mətbuata istinadən xəbər verir.

Sammit zamanı iştirakçılar qərara gəliblər ki, Rusiyaya qarşı sanksiyalar viza siyasətini də əhatə etsin. Bundan başqa, sanksiya siyahılarında yeni adlar və təşkilatların adları yer alacaq.

“Avropa Birliyi Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiyaya qarşı öz hərəkətləri üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı tədbirlər haqqında razılığa gəldi. Bu sanksiyalar maliyyə sektorunu, energetika və nəqliyyat sektorlarını, ikili təyinatlı malları, o cümlədən ixraca nəzarət və ixracın maliyyələşdirilməsini, viza siyasətini, əlavə Rusiyanın fiziki şəxslərinin (məhdudiyyətlər – red.) siyahılarına salınmasını əhatə edir”, – Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel özünün Twiter-dəki hesabında sammitin sonları ilə bağlı yazıb.

Ukrayna münaqişəsinə dair fövqəladə sammitin yekunlarına və Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılmasına görə, Avropa Birliyi Ukraynaya dəstəyi gücləndirməyə və beynəlxalq donorlar konfransı keçirməyə hazırdır.

“AB Ukrayna ilə həmrəydir. Ukraynanı və onun xalqını beynəlxalq tərəfdaşlarla, o cümlədən siyasi, maliyyə və humanitar, logistika sahələrində dəstəkləməyə davam edəcək, həmçinin beynəlxalq donor konfransının keçirilməsini dəstəkləyir”, – sənəddə deyilir.

Avropa Birliyinin (AB) binası Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Twiter hesabındakı paylaşıma görə, Avropa Birliyinin (AB) binası Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb.

“Bu qaranlıq saatlarda, bu gecə Ukrayna bayrağının rəngləri AB Komissiyasının baş qərargahında aydın şəkildə parlayır. Həmrəyliyimizin simvolu. Dostluq. Və davamlı dəstək. AB həmişəkindən daha çox Ukrayna və onun xalqının yanındadır”, – Avropa Komissiyasının Prezidenti sosial şəbəkədəki hesabında yazıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın