Aprelin 8-də qüvvəyə minən Avropa Birliyinin (AB) beşinci sanksiya paketi Avropa biznesi üçün Rusiyaya neft emalı və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün avadanlıq və texnologiyaların tədarükünə qoyulan qadağanı genişləndirib.

YALAN.info bildirir ki, bununla bağlı AB Şurasının yeni sanksiyalar paketi və bu qərara əlavələr haqqında AB-nin Rəsmi Jurnalında dərc olunmuş qərarında deyilir.

AB ilk dəfə 2014-cü ilin iyulunda Rusiyaya neft hasilatı, o cümlədən də qütb enliklərində və şelfdə hasilat üçün avadanlıq və texnologiyaların tədarükünə məhdudiyyətlər tətbiq edib və yeni sanksiyalar paketi qəbul edildikdən sonra təchizat üçün qadağan olunmuş avadanlıqların siyahısı da genişləndirilib.

AB Şurasının qərarına əlavəyə əsasən, AB öz şirkətlərinə qazın soyudulması və mayeləşdirilməsi sistemləri, LNG istehsalı və neft emalı zamanı karbohidrogenlərin fraksiyalara ayrılması üçün avadanlıqlar, neft emalının müxtəlif mərhələləri üçün geniş çeşiddə kimyəvi avadanlıqların Rusiyaya tədarükünə icazə vermir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın