“Polis tərəfindən nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, eləcə də nümayişçilərin asayiş keşikçilərinə qarşı güc tətbiqi qəbuledilməzdir. İyunun 3-də baş vermiş zorakılıq hadisələri, o cümlədən xüsusi vasitələrin istifadəsi araşdırılmalıdır. Bir sıra hallarda bu, artıq həyata keçirilir”.

YALAN.info bildirir ki, bu sözlər Avropa Birliyinin (AB) İrəvandakı nümayəndəliyinin başçısı Andrea Viktorin Ermənistan müxalifətinə iyunun 3-də İrəvanda baş verənlərlə bağlı cavabında yer alıb.

Səfir Ermənistan Respublikasının Ədliyyə nazirinə narahatlığını bildirib və qeyd edib ki, Ombudsmanla daim əlaqə saxlayır. İstifadə olunan xüsusi vasitələrin növləri, istifadəsinə icazə verilən meyarlara uyğunluğu, habelə bu vəziyyətdə istifadənin zəruriliyi və qanunauyğunluğu ilə bağlı polisdən izahatlar istənilib.

Andrea Viktorin həmçinin nifrət və təxribat hərəkətlərindən çəkinməyin vacibliyini vurğulayıb və bütün tərəflərin öz tərəfdən hər hansı zorakılıqdan çəkinməsinin vacibliyini önə çəkib. Səfir əmin edir ki, Aİ Nümayəndəliyi hadisələri yaxından izləməyə davam edəcək.

Öncəki xəbərPentaqon rəhbəri: Rusiya Ukraynadakı müharibə ilə dünya nizamını məhv edir
Sonrakı xəbərİlham Əliyev Rusiya günü münasibətilə Vladimir Putinə təbrik məktubu yazdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın