Avropa Birliyinin (AB) Xarici İşlər və Güvənlik Siyasəti üzrə ali elçisi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla birgə görüşünü keçirmək istəyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Josep Borrellin özü bəyan edib.

“Hər iki nazir (Azərbaycan və Ermənistan) mənimlə danışdıqları üçün üçtərəfli təmas qurmağa çalışdıq – Avropa Birliyi, Ermənistan və Azərbaycan. Mümkün deyildi, buna görə hər iki nazirlə ayrıca görüşəcəyəm”, deyə o bildirib.

Borrell Rusiyanın yardımı ilə Dağlıq Qarabağda əldə olunan atəşkəs anlaşmasının daha çox insan itkisinin qarşısını aldığını vurğulayaraq, buna tam əməl edilməli olduğunu deyib:

“Ancaq keçən həftə, təəssüf ki, atəşkəsin pozulması ilə bağlı xəbərlər eşitdik. Atəşkəsə tam riayət edilməsi önəmli şərt olaraq qalır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın