ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro iyunun 4-də Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından dərin narahatlığını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ATƏT-in yaydığı bəyanatda deyilir.

“Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölüm xəbəri dəhşətlidir və mən onların yaxınlarına və həmkarlarına başsağlığı diləyirəm”, – T.Ribeiro vurğulayıb.

ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Öncəki xəbərÇinin ölkədaxili testlərə başladığı Rəqəmsal Yuan Bitcoinə rəqib gəlir
Sonrakı xəbərTürkiyənin ilk robot aktrisası olan Aypera izləyicilərlə görüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın