“Asan İmza” sertifikatlarının onlayn alınması üçün yeni elektron xidmət yaradılıb

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib. Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.

YALAN.info Onlayn Xəbərlər və İnormasiya Saytı bildirir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Vergi xidmətlərinin böyük əksəriyyətinin elektronlaşdırılmasına baxmayaraq, sahibkarların geniş istifadə etdiyi “Asan İmza”ların əldə edilməsi və yenilənməsi prosesi məsafədən xidmətlər sisteminə salınmamışdı.

“Asan İmza” sertifikatının vaxtı başa çatmaqda olan sahibkarlar vergi xidmətləri, ya da “Asan xidmət” mərkəzlərinə gəlməli, növbələrdə gözləməli və bir çox prosedurları yazılı şəkildə həyata keçirməli olurdular.

Bu məsələ koronavirus pandemiyası ilə mübarizənin gücləndiyi və insanlar arasında təmasların minimallaşdırılmağa göstərilən səylər çərçivəsində son bir neçə ayda daha kəskin şəkildə ortaya çıxıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2019-cu il tarixli Qərarı ilə “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişikliklər edilərək Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etmiş şəxslə Mərkəz arasında bağlanılan müqavilənin yazılı formada tərtib edilməsi və sertifikatların kağız daşıyıcıda çap edilərək, təqdim edilməsi ilə bağlı tələblər aradan qaldırılıb, imza sahibi tərəfindən sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması üçün Mərkəzə elektron qaydada müraciət etmək imkanının edilməsi üçün hüquqi əsas yaradılıb.

Vergi orqanları və vergi ödəyiciləri tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına nail olmaq, ASXM-lərinin fəaliyyətinin yeni qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVİD-19 təhlükəsinin qarşısını almaq məqsədi ilə İnternet Vergi İdarəsində proqram təminatında dəyişikliklərin edilməsi, bununla da qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması istiqamətində işlərə başlanıb.

Aparılan işlər qüvvədə olan “Şəxsi”, ya da “İş” (Biznes) və ya “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasını onlayn formada həyata keçirmək, həmçinin, “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün müvafiq imkanının yaradılması ilə bağlı idi. 

2020-ci ilin oktyabr ayında bu işlər başa çatdırılıb, “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o cümlədən, mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.

Artıq sözügedən elektron xidmət istifadəyə verilib. İstifadəçilər sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması və “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” rəsmi internet səhifəyə yerləşdirilib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir