Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (AR MN) Mətbuat Xidmətindən verilən məlumata görə, nazirlik sursat və mərmilərin əlavə ehtiyyat bazasını yaratmışdir.

Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

Ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və başqa ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.

Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.


AR MN sursat və mərmilərin əlavə ehtiyyatını yaratdı

Öncəki xəbərR.T.Ərdoğan Əhməd Davudoğlunun istefasına Xeyirli Olsun dedi
Sonrakı xəbərAzərbaycan-Portuqaliya 0-5 oyununu rekord sayda azarkeş izlədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın