Aprelin 2-də Aprel döyüşləri zamanı qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olan pilotlar – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə tədbir keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

İkinci Şəhidlər Xiyabanında keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları onların məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər, xatirələrini yad ediblər. Öncə xalqımızın ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli həyat və xidmət yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qəhrəmanlıqlarından, tarixi torpaqlarımızın düşmən işğalından azad olunmasından danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.

MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərOlqa Xodakovskaya: Azərbaycana çox təşəkkür edirik, sizin köməyinizi hiss edirik
Sonrakı xəbərHikmət Hacıyev: Ermənistan Azərbaycana qarşı torpaq iddialarına son qoymalıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın