Ortaya çıxmış bir sıra məlumatlara görə, Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Reallıq) təqdim edəcək. Bloomberg agentliyinin nüfuzlu analitiki Mark Gurman-ın təqdim etdiyi yeni hesabata uyğun olaraq şirkətin ilk AR cihazının ilk növbədə mobil oyun həvəskarları və multimedia kontenti istehlakçıları üçün nəzərdə tutulacağını demək olar.

Analitikin verdiyi bilgilərə görə AR cihaz Apple şirkətinin Mac kompüterlərində istifadə olunan M1 prosessorunun daha təkmilləşdirilmiş versiyasına sahib olacaq. Bundan başqa, gözləntilərə görə AR cihaz həmçinin aktiv soyutma sistemi ilə təchiz olunacaq.

Oyunlar cihazın diqqət mərkəzində olacaq əsas faktor olacaq. Belə ki, sözügedən AR cihaz bir neçə prosessor, aktiv soyutma sistemi və yüksək keyfiyyətli ekranlarla təchiz olunacaq. Bununla yanaşı məlumata görə AR cihazın fərdi tətbiqlər mağazası da olacaq. Ancaq buna baxmayaraq Apple şirkətinin AR cihazı adi multimedia kontenti istehlakçıları üçün də uyğun olacaq.

AR cihazda iki ədəd prosessorun istifadə edilməsi tətbiqlərin hesablama proseslərinin emalı və cihazda olacaq müxtəlif sensorlar vasitəsilə əldə ediləcək məlumatların analizi ilə əlaqələndirilir. AR cihazın 4K keyfiyyətində 2 ədəd Sony ekranı əldə edəcəyi güman edilir. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın