Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antoniu Quterriş Romada keçirilən “Böyük İyirmilik” (G20) sammiti ilə bağlı paylaşım edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Antoniu Quterriş öz “Twitter” səhifəsində toplantı ilə bağlı ümidlərinin doğrulmadığını yazıb.

“G20-nin qlobal problemlərin həlli axtarışlarını davam etdirəcəyini alqışlasam da, Romanı doğrulmayan ümidlərlə tərk edirəm. Hərçənd, onlar hələ də ölməyib”, – yazaraq Quterriş qeyd edib.

O, iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərinin Qlazqoda işə başlayan BMT İqlim Sammitində öz həllini tapacağını gözlədiyini bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın