Futbol üzrə Ukrayna millisini keçmiş çalışdırıcısı Andrey Şevçenko sosial media hesabından Ukrayna ilə Rusiya arasında yaşanan böhranla bağlı paylaşım edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məşhur futbolçu Twitter hesabında Ukrayna bayrağını və ölkənin xəritəsini paylaşaraq vətəninə və Ukrayna xalqına olan sevgisini qeyd edib.

“Ukrayna mənim vətənimdir! Mən həmişə xalqım və ölkəmlə fəxr etmişəm! Biz çox çətin dövrlərdən keçmişik və son 30 ildə bir millət kimi formalaşmışıq! Millətimizin səmimi, zəhmətkeş və azadlıqsevər insanlardan ibarət olması bizim ən önəmli sərvətimizdir!”, – o, vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın