Norveç ordusunda xidmət edən 20 yaşlı Martin Yakobsen qovulub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, buna səbəb əsgərin anasının rus olması və Rusiyada qohumlarının yaşamasıdır.

Norveç mediasının məlumatına görə, M.Yakobsen yanvar ayında seçim mərhələlərindən keçdikdən sonra orduya qəbul olunub. Bir neçə ay sonra isə səlahiyyətli şəxslər onun casus ola biləcəyindən şübhələnərək ordudan uzaqlaşdırıb.

M.Yakobsen isə həyatında yalnız 2 dəfə Rusiyaya səfər etdiyini, anasının isə 20 ildən çoxdur ki, Norveçdə yaşadığını bildirir.

O, özünü Vətənə xəyant etmiş kimi duyduğunu deyir: “Sanki dövlət mənə “sən yetərincə norveçli deyilsən” deyirmiş kimiydi. Ancaq mən özümü hər zaman həqiqi norveçli kimi duyurdum. Bu, çox ağrılıdır”.

Qeyd edək ki, son 4 ildə Norveç ordusundan 688 nəfər etibarsızlıq səbəbilə uzaqlaşdırılıb.

Norveç Silahlı Qüvvələrinin Ombudsmanı Roald Linaker gənclərin yoxlanışdan keçirilmədən orduya qəbul olunmasını tənqid edib.

Aprel ayında qüvvəyə minən qanuna əsasən, xarici ölkələrlə əlaqəsi olan şəxslər Norveç ordusuna qəbul edilmir. Bu qayda daha çox Norveç və NATO üçün təhdid təşkil edən Rusiya, Çin, İran, Ukrayna, Filippin, Braziliya, Belarus və Meksika ilə əlaqələri olan insanları hədəf alır.

Öncəki xəbərBaş Prokurorluq: Füzulidə avtomobil minaya düşdü, 4 mülki şəxs həlak oldu
Sonrakı xəbərV.Bayramov Ermənistanın vurduğu ziyanın hesablanması qaydasını açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın