ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və erməni məsələləri üzrə fraksiyasının həmsədri Frenk Palon guya “Azərbaycan Ordusunun sərhəddə erməni əsgərlərinə hücumu”ndan dərin rahatsızlıq keçirdiklərini bildiriblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Adam Şiff (Adam Schiff) bununla bağlı özünün rəsmi internet səhifəsində, Frenk Palon (Frank Pallone) rəsmi Twitter səhifəsində yazılı açıqlama paylaşıb.

Adam Şiff açıqlamasında “ABŞ-ın Azərbaycanın davam edən təcavüzünün qarşısını almaq üçün hər şeyi etməli olduğunu” vurğulayıb.

ABŞ konqresmeni Adam Şiff (Adam Schiff)

Frenk Palon isə “Azərbaycanın Ermənistana hücumlarının” ABŞ-ın təcili və qəti addımlar atana qədər davam edəcəyini, “Azərbaycanın Ermənistanın suveren ərazisinə hücumunun cavabsız qalmasının Əliyevi daha da ruhlandıracağını” qeyd edib.

ABŞ konqresmeni Frenk Palon (Frank Pallone)

Qeyd edək ki, hər iki konqresmen Türkiyə və Azərbaycana qarşı kinli mövqeyi ilə məşhurdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın