ABŞ-ın Florida ştatında dünyanın ən ölümcül ağacı aşkar edilib. Bu 2011-ci ildə dünyanın ən təhlükəli ağacı olaraq “Ginness-in Rekordlar Kitabı”na düşən Manşineldir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Manşinel ağacının budaqlarının altında dayanmaq belə insanı öldürə bilər.

Amerikada yetişən bu yerli unikal bitkini zəhərli quava da adlandırırlar. Meyvəsi yaşıl almaya bənzəyir, ancaq onu yemək həyatınız bahasına başa gələcək. Belə ki, ağacın kiçik yaşıl almaya oxşayan meyvəsindən yemək allergiyaya və şiddətli ağrıya səbəb olur.

Mütəxəssislər hətta bu ağacın budaqlarından odun kimi istifadənin də təhlükəli ola biləcəyini bildirib və ağacın yerləşdiyi ərazilərə xəbərdarlıq yazıları olan lövhələr asılıb.

Öncəki xəbər“Miss Kainat 2021” yarışmasında Rusiyanı Azərbaycanlı model təmsil edəcək
Sonrakı xəbərİsmayıl Dəmir: PUA tədarükünün Rusiya-Ukrayna arasındakı son gərginliklə əlaqəsi yoxdur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın