Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Reks Tillersonun Türkiyəyə işgüzar səfəri başlayıb. Dövlət katibini gətirən təyyarə az öncə “Esenboğa” hava limanına enib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Tillersonun axşam saatlarında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşü olacaq. Sabah isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

Hər iki görüşdə ABŞ-ın PKK/PYD/YPG/İŞİD terror qruplaşmalarına verdiyi dəstək danışıqların başlıca mövzusu olacaq.

Vurğulayaq ki, R.Tillerson 11 fevralda başlayan Yaxın Şərq səfəri çərçivəsində Misir, Küveyt, İordaniya və Livanı ziyarət edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın